Xəzər Xəbər

Koreya yarımadasında sülhün taleyi bu ölkələrdən asılı olacaq

Dünya | 13:40 • 7 May 2018
Koreya yarımadasında sülhün taleyi bu ölkələrdən asılı olacaq

Yaponiya hökuməti hesab edir ki, Koreya yarımadasında hazırda qüvvədə olan barışıq barədə razılaşmanın taleyi onu imzalayan ölkələrdən – iki Koreya dövləti, Çin və ABŞ-dan asılı olacaq.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Taro Kono parlamentin yuxarı palatasında komitə iclasında bildirib.


Nazirin sözlərini sitat gətirən Kyodo agentliyi yazır: "1953-cü il razılaşmasını dörd tərəf – Cənubi və Şimali Koreya, ABŞ və Çin imzalayıb. Buna görə də mən onların bu sənədin taleyi barədə müzakirələr aparmasında heç bir problem görmürəm”.


Xatırladaq ki, aprelin 27-də Koreya Respublikasının Prezidenti Mun Ce-in ilə Şimali Koreya lideri Kim Çen Inın görüşü baş tutub. Həmin görüşün nəticəsi olaraq imzalanan Bəyannamənin üçüncü maddəsində qeyd edilir ki, barışıq barədə razılaşmanın 65-ci ildönümünün qeyd edildiyi cari ildə iki Koreya 1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsinin başa çatdığını bəyan edərək, həmin sənədin sülh haqqında müqavilə ilə əvəz edilməsinə tərəfdardır.


Bununla yanaşı, rəsmi Seul elan edib ki, sülh haqqında müqavilənin imzalanması Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməsindən sonra mümkündür.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024