Xəzər Xəbər

Hindistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşınmasını artıracaq

Dünya | 14:18 • 18 Fevral 2018
Hindistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşınmasını artıracaq

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm dayaq məntəqəsi olan İranın Çabahar limanı Hindistanın idarəçiliyinə veriləcək.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, İran Prezidenti Həsən Ruhaninin Hindistana rəsmi səfəri çərçivəsində iki dövlət arasında əməkdaşlıq haqqında 15 sənəd imzalanıb. İmzalanan sənədlərdən biri İranın Çabahar limanının idarəçiliyinin Hindistana verilməsi ilə bağlıdır.


Hindistanın Baş naziri Narendra Modi ilə Prezident Həsən Ruhaninin görüşündə Çabahar limanının idarəçiliyinin müvəqqəti olaraq Hindistana verilməsi haqqında razılıq əldə olunub.


Xatırladaq ki, bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında əhəmiyyətli rola malikdir. Hindistan Çabahar limanı vasitəsilə Əfqanıstan, Orta Asiya və Şərqi Avropa ölkələri ilə ixrac-idxal əməliyyatlarını həyata keçirmək niyyətindədir.


Yüklər Hindistanın Mumbai limanından gəmilərlə İranın Çabahar limanına gətiriləcək, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropa ölkələrinə çatdırılacaq. Əks istiqamətdə daşınma da Hindistan üçün olduqca sərfəlidir.


Hindistanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə maraq göstərməsi İran ilə yanaşı, Azərbaycanın da iqtisadi maraqlarına uyğundur.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024

Çox oxunanlar