Nigeriyanın şimal-şərqində terrorçuların bazara hücumu nəticəsində 22 nəfər həlak olub, 28 nəfər yaralanıb.
Sinxua informasiya agentliyi xəbər verir ki, insident fevralın 16-da axşam saatlarında Borno ştatının Kondyuqa şəhərində qeydə alınıb. Üç terrorçu-kamikadze bazara girərək üzərlərindəki partlayıcı qurğuları işə salıb.
Şahidlərin sözlərinə görə, partlayış baş verən zaman bazarda çoxlu insan olub.