Xəzər Xəbər

Misir prezidenti rəqiblərini “təmizləyir”

Dünya | 17:27 • 16 Fevral 2018
Misir prezidenti rəqiblərini “təmizləyir”

2018-ci ilin yanvarın 8-də Misirdə prezident seçkiləri elan olunduqdan sonra bu, ölkənin müzakirə olunan bir nömrəli məsələsi olub.

Misirin hazırki prezidenti Əbdülfəttah əl-Sisinin prezidentlik müddəti bitdiyi üçün bəzi siyasətçilər namizəd olmağa cəhd ediblər. Onların başında isə Əhməd Şəfiq gəlirdi. Şəfiq 5 ildir yaşadığı BƏƏ-də verdiyi bir açıqlamada prezident olmaq niyyətini bəyan etmişdi. Lakin onun Misirə gəlməsinə icazə verilməyib. Bir müddət sonra Misirə gəlsə də artıq prezident olmaq istəmədiyini açıqlayıb. Lakin müxalifət onun təzyiqlər nəticəsində belə addım atdığını qeyd edib.

Oxşar taleyi digər namizəd olmaq istəyənlər də yaşayıb. Belə ki, 45 yaşlı müxalif lider Xalid Əli, keçmiş qərargah rəisi Sami Anan və digər siyasətçilər namizəd olmaq istəsələr də buna nail ola bilməyiblər. Belə ki, siyasətçilərin biri həbsə atılıb, digəri isə boğazından bıçaqlanıb.

Sisinin tək rəqibi onun tərəfdaşı olan Musa Mustafadır.

Əlbəttə bu şəraitdə hər kəs Sisinin qalib olacağını gözləyir./AzNews.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti