Xəzər Xəbər

Maskalı şəxslər məktəbə hücum etdi - Yaralıların sayı artır

Dünya | 13:54 • 15 Yanvar 2018
Maskalı şəxslər məktəbə hücum etdi -

Permdəki 127 nömrəli məktəbdə baş vermiş silahlı insident nəticəsində yaralananların sayı 15 nəfərə çatıb iki. Bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Hücum zamanı əsasən dördüncü sinif şagirdləri xəsarət alıb. Diyar Səhiyyə Nazirliyinin məlumatına görə, 12 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan üçü – müəllimə və iki məktəbli əməliyyat olunub. Boynundan bıçaq yarası alan sinif rəhbəri çoxlu qan itirib və onun vəziyyəti ağır qiymətləndirilir.

Polis idarəsindən bildiriblər ki, hücum edənlər məktəbli və məktəbin keçmiş şagirdi olub. Onlardan biri psixonevroloji dispanserdə qeydiyyatdadır. Dördüncü sinif şagirdləri bıçaqla silahlanmış şəxsin hücumuna məruz qalan müəllimlərini müdafiə etməyə çalışıblar.

Hazırda polis məktəbi dövrəyə alıb. Şagirdlər və müəllimlər təxliyə edilib. Hücum edənlər tutulub. Hazırda onlardan biri dindirilir, digəri xəstəxanadadır./azərtac

Rubrikanın digər xəbərləri

Xəbər lenti