Xəzər Xəbər

Vahid Rusiya Partiyası Putinin prezident seçkilərində iştirakını dəstəkləyib

Dünya | 15:37 • 30 Noyabr 2017
Vahid Rusiya Partiyası Putinin prezident seçkilərində iştirakını dəstəkləyib

Rusiyanın baş naziri Dmitri Medvedev prezident Vladimir Putinin növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyi təqdirdə, liderlik etdiyi Vahid Rusiya Partiyasının onu dəstəkləyəcəyini bildirib.


Xezerxeber.az-ın məlumatına görə, bu barədə o, Rusiya telekanallarına müsahibəsində deyib. D. Medvedev V. Putini uğurlu prezident hesab etdiyini söyləyib.

Qeyd edək ki, hələlik V. Putin seçkilərdə iştirak edib-etməyəcəyi haqda heç nə deməyib.

Xəbər lenti