Praqa rayon məhkəməsi Çexiyanın keçmiş Baş naziri Petr Neçasın xanımı Yana Neçasovanı iki il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Petr Neças Çexiyanın Baş naziri olduğu dövrdə onun administrasiyasini rəhbəri olmuş Yana Neçasova o vaxt vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinib.
2012-ci ildə Baş nazirin məşuqəsi olmuş Yana Neçasovanın əmri ilə baş nazirin arvadı Radka Neçasovanı müfuzdan salan materiallar toplamaq məqsədi ilə onu izləyiblər.
Məhkəmə həmin izləmənin təşkilatçılartı olmuş üç nəfər hərbi kəşfiyyat zabitini də 18 aydan 20 aya qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edib. (AZƏRTAC)