Xəzər Xəbər

İrəvanda silahlı insidentin bəzi təfərrüatları məlum olub

Dünya | 09:38 • 30 Avqust 2017
İrəvanda silahlı insidentin bəzi təfərrüatları məlum olub

İrəvanda qadını girov götürən şəxs polis əməkdaşlarından vəkil və digər 5 vətəndaşın yanına buraxılmasını tələb edirmiş. 

Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilir.

Lakin, polis əməkdaşları danışıqların uğursuz olması qənaətinə gələrək 31 yaşlı Qor Akopyanı zərərsizləşdirmək qərarına gəliblər. Polis snayperinin açdığı atəş nəticəsində ağır yaralanan Q.Akopyan xəstəxanada keçinib.

"Pastinfo”nun məlumatına görə, Akopyan bir müddət əvvəl ABŞ-dan deportasiya edilibmiş.

"Bıçaqla silahlanmış şəxs 1993-cü il təvəllüdlü qadına xəsarətlər yetirərək, fəaliyyət göstərməyən "Vikend” bilyard klubunda girov saxlayıb. Bundan əvvəl o, obyektin şüşələrini qıraraq, daxildəki əmlaka ciddi ziyan vurub. Bıçağı qadının boğazına dirəyərək Akopyan polis əməkdaşlarından vəkil və digər 5 vətəndaşın yanına buraxılmasını tələb edib. Əks halda o qadını qətlə yetirəcəyi ilə hədələyib”, - deyə məlumatda bildirilir.

Azad edilən qadının vəziyyətinin orta-ağır olduğu bildirilir. Onun bədənində, xüsusən boğaz nahiyəsində kəsilmiş-deşilmiş bıçaq xəsarətləri, çoxsaylı küt travmalar və sınıq xəsarəti müəyyən edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti