Xəzər Xəbər

Saakaşvili Gürcüstana ekstradisiya edilə bilər

Dünya | 09:55 • 3 Avqust 2017
Saakaşvili Gürcüstana ekstradisiya edilə bilər

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili rəsmi Tbilisi tərəfindən yeni müraciət ediləcəyi təqdirdə Gürcüstana ekstradisiya edilə bilər.

Bu barədə Ukraynanın Baş Prokurorluğundakı mənbə "Ukrayna Həqiqətləri" adlı nəşrə bildirib.

Qeyd olunub ki, Mixail Saakaşvili Ukraynanın vətəndaşlığından məhrum edilib ki, bu da ekstradisiyanı mümkün edib. Belə ki, keçmiş prezident Ukraynaya qayıdan zaman onun passportu əlindən alınacaq və neytral zonada saxlanılacaq. Bundan sonra Mixail Saakaşvili müraciət edilən ölkəyə göndəriləcək.

Xəbər lenti

Çox oxunanlar