Xəzər Xəbər

Moskva Suriyada İsrailin təyyarələrini vuracaqları ilə hədələdi

Dünya | 16:13 • 25 İyul 2017
Moskva Suriyada İsrailin təyyarələrini vuracaqları ilə hədələdi

Moskva Suriyada İsrailin təyyarələrini vuracaqları ilə hədələyib. The New York Post-un məlumatına görə, İsrailli hərbçilərin ABŞ-ın dəstəklədiyi silahlı qruplaşmaları bombardman edən Suriya qırıcısını vurmasından sonra Rusiya bu xəbərdarlığını irəli sürüb.

«Suriya ərazisində təhlükə yaradan istənilən təyyarələr, o cümlədən İsrail təyyarələri və pilotsuz uçuş aparatları RƏM-in hava və yerüstü sistemləri vasitəsi ilə hava hədəfi kimi vurulacaq», - deyə Kremlin bəyanatında bildirilib.

Xatırladaq ki, İsrail təyyarələri ötən həftə Suriya Ordusunun mbövqelərinə hücum etmişdi. Rusiya Suriya ərazisinə hücumu ğtəcvüz aktı və Beynəlxalq Hüquqların pozulması kimi qiymətləndirib./faktxəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti