Xəzər Xəbər

Ağdərədə erməni zabit əsgəri özünə qəbir qazmağa məcbur edib - ATIŞMA

Dünya | 13:09 • 17 İyul 2017
Ağdərədə erməni zabit əsgəri özünə qəbir qazmağa məcbur edib -

İşğal altında olan Dağlıq Qarabağda yerləşmiş Ermənistan ordusunun bölmələrindən birində hərbçilər arasında atışma baş verib və bunun nəticəsində, bir zabit və müddətli xidmət edən əsgər yaralanıblar.

Virtualaz.org xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində istifadəçilər yazıb.

Hadisəyə səbəb kimi müdafiə postlarından birində əsgərin hərbi keşik mövqelərinin möhkəmləndirilməsi üzrə mühəndis işlərinin yerinə yetirilməsindən imtina etməsi olub.

İlkin məlumata görə, Madagiz yaşayış məntəqəsində yerləşmiş dağ-atıcı bölüklərdən birinin komandiri, baş leytenant Vahe Qriqoryan sərxoş halda, silahla hədələyərək, əsgəri məcbur edib ki, özünə qəbir qazsın.

Təhqirlərə dözməyərək, əsgər avtomatı götürərək zabitə atəş açıb. Atışma nəticəsində V.Qriqoryan boynundan ağır yara alıb. Bundan sonra əsgər özünə atəş açaraq, intihara cəhd edib.

Hadisə yerinə özlərini yetirmiş digər hərbçilər yaralılara ilk tibbi yardım göstəriblər. Hər iki hərbçi Ağdərə (Mardakert) hospitalına çatdırılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti