Xəzər Xəbər

Ukrayna ordusunun vertolyotu qəzaya uğrayıb

Dünya | 19:05 • 26 Mart 2017
Ukrayna ordusunun vertolyotu qəzaya uğrayıb

Bu gün Ukrayna Silahlı Qüvvələrinin "Mi-2” hərbi vertolyotu Kramatorsk şəhəri yaxınlığında, Malinovka qəsəbəsində qəzaya uğrayıb.


Xezerxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Hərbi Əməliyyat Mərkəzinin "Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

İlkin versiyaya əsasən vertolyot elektrik xəttinə çırpılma nəticəsində yerə düşüb. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır. Ölənlərin sayı barədə məlumat verilməsə də, meyitlərin evakuasiyasının aparıldığı bildirilib.

Xəbər lenti