Xəzər Xəbər

Trampın reytinqi ən aşağı səviyyəyə düşdü

Dünya | 11:49 • 20 Mart 2017
Trampın reytinqi ən aşağı səviyyəyə düşdü

ABŞ prezidenti Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi iki ay ərzində ən aşağı həddə düşüb.

APA-nın xəbərinə görə, bu barədə "Gallup”ın apardığı sorğunun nəticəsində qeyd olunur.

Martın 18-də keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 37%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 58%-i isə mənfi qiymətləndirib.

Sorğunun keçirildiyi ilk gündə, yanvarın 22-də Tramp 45% müsbət və 45% mənfi rəy alıb. Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib. Qeyd edək ki, "Gallup"-ın gündəlik sorğularında 1500 nəfər iştirak edir.

Xəbər lenti