Xəzər Xəbər

ABŞ prezidenti Şimali Koreya ilə bağlı müşavirə keçirdi

Dünya | 11:52 • 20 Mart 2017
ABŞ prezidenti Şimali Koreya ilə bağlı müşavirə keçirdi

ABŞ prezidenti Donald Tramp martın 19-da Şimali Koreya ilə bağlı vəziyyət və Çin ilə münasibətləri müzakirə etmək üçün xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşavirləri ilə işgüzar görüşlərdə iştirak edib.

Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Müşavirə haqqında əlavə məlumat verilməyib.

Bir gün əvvəl Tramp jurnalistlərə açıqlamasında Pxenyanın Şimali Koreyanın raket və nüvə proqramlarının inkişafına yönəldilmiş son hərəkətlərini sərt tənqid edib.

"Mənim Şimali Koreya ilə bağlı görüşlərim oldu. O (KXDR lideri Kim Çen In) özünü çox, olduqca pis aparır", - deyə ABŞ prezidenti bildirib.

Xəbər lenti