Xəzər Xəbər

Anemiya göstəricilərinin yüksək olması dövlәt sәviyyәsindә tәdbirlәr görülməsini tәlәb edir AÇIQLAMA

Cəmiyyət | 10:54 • 18 Aprel 2024
Anemiya göstəricilərinin yüksək olması dövlәt sәviyyәsindә tәdbirlәr görülməsini tәlәb edir

Azərbaycanda aparılan sorğular və araşdırmalara əsasən, ümumi, reproduktiv yaşlı, hamilə, laktasiya dövründə olan qadınlar və 5 yaşadək uşaqlar arasında anemiya göstəricilərinin yüksək olması dövlәt sәviyyәsindә tәdbirlәr hәyata keçirilmәsini tәlәb edir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə deyib.

O əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının keçənilki hesabatında dünyada təxminən 571 milyon qadın və 269 milyon azyaşlı uşağın anemiya səbəbindən ciddi sağlamlıq problemləri ilə üzləşdiyi qeyd edilib.

“Bundan әlavә, ekspertlәr hesab edirlәr ki, anemiyanın әhali arasında 40%-dәn çox yayılması artıq dövlәt sәviyyәsindә tәdbirlәr hәyata keçirilmәsini tәlәb edir. Müəyyən dövrlərdə tələbatın artması və artan qan itkisinə görə mikronutriyent çatışmazlığı, eləcə də, anemiyanın xüsusilə yeniyetmə qızlar, reproduktiv yaşlı, hamilə və laktasiya dövründəki qadınlar, kiçik uşaqlar və körpələr kimi əhali qruplarında görülmə ehtimalı yüksəkdir.

Xəbər lenti