Xəzər Xəbər

Bu yolda hərəkət üç gün məhdudlaşdırılacaq

Cəmiyyət | 17:55 • 12 Oktyabr 2021
Bu yolda hərəkət üç gün məhdudlaşdırılacaq

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 29-31-ci km aralığında, yəni Sumqayıt şəhərinə giriş-çıxış yeri ilə kəsişən hissədə əsaslı təmir işləri aparıldığından 13-16 oktyabr tarixlərində saat 06:00-dan 21:00-dək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

DİN Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, nəqliyyat vasitələri avtomobil yolunun 28-ci km-dən, yəni “SOCAR” yanacaqdoldurma məntəqəsinin yanından, H.Z.Tağıyev qəsəbəsi istiqamətindən Sumqayıt şəhərinə, eləcə də şimal istiqamətində - Quba, Qusar və Xaçmaz rayonlarına hərəkətlərini davam etdirə bilərlər. Bununla yanaşı, Sumqayıt şəhərinə alternativ yol olaraq Saray və Novxanı qəsəbələrindən daxil olmaq tövsiyə edilir.

Sumqayıt şəhər sakinləri isə paytaxt istiqamətinə Novxanı və Saray qəsəbələrindən keçən, o cümlədən “çöl yolu” kimi tanınan avtomobil yolları vasitəsilə magistral yola çıxmaqla hərəkət edə bilərlər.

Təmir işləri müddətində nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi üçün yol-patrul xidməti əməkdaşları tərəfindən müvafiq şərait yaradılacaq.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024