Xəzər Xəbər

Hava kəskin dəyişir: 10 iyunadək... - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Cəmiyyət | 15:10 • 7 İyun 2021
Hava kəskin dəyişir: 10 iyunadək... - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

ETSN-nin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Xidmətdən verilən məlumata görə, iyunun 10-u axşamadək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Xəbər lenti