Xəzər Xəbər

Vaksin vurulan şəxsin korona testi müsbət çıxa bilər

Cəmiyyət | 18:08 • 29 Aprel 2021
Vaksin vurulan şəxsin korona testi müsbət çıxa bilər

Azərbaycanda vurulan "KoronaVak" peyvəndinin tərkibində inaktiv olunmuş virusdan istifadə edilir. Bu virus orqanizmə daxil olduqdan sonra çoxala bilməz, çünki bu, canlı virus deyil və generesurslarından istifadə edə bilmir. Vaksinasiyadan sonra xəstəliyin müəyyən qədər zəif klinik gedişi müşahidə edilə bilər, bu da təbii bir prosesdir. Bu, həm də onu göstərir ki, peyvənd olunmuş insanlarda immunitet formalaşır. Vaksinlərin təhlükəsizlik parametrləri araşdırılıb və klinik çalışmalardan keçirilib, ona görə də onlar problemli deyil.

XəzərXəbər xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla insanlarda peyvənd vurduqdan sonra yaranan yüksək hərarət, ağrılar və koronavirus testinin müsbət çıxması haqda danışarkən deyib.

O bildirib ki, vaksin vurulmazdan qabaq insanların yoluxmuş olması və bunun peyvənd olunduqdan sonra üzə çıxması da mümkündür:

"Vaksin vurulduqdan təxminən ay yarım sonra immunitet yaranır. Bu ay yarımlıq müddətdə yoluxmaq və ağırlaşmaq da mümkündür. Buna görə də insanlar bunu nəzərə almalıdır. Karantin və şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır. Tibbi maskadan düzgün istifadə edilməli, əllər tez-tez yuyulmalıdır".

Xəbər lenti