Xəzər Xəbər

Bakıda ağacları kəsib bina tikən şirkət barəsində cinayət işi başlanıb

Cəmiyyət | 15:20 • 8 Aprel 2021
Bakıda ağacları kəsib bina tikən şirkət barəsində cinayət işi başlanıb

Qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 2 ünvanında çoxmərtəbəli yaşayış binalarının inşası zamanı orada olan ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aparılmış araşdırmalarla, “Olympus” MMC və “N-Turan” MMC–nin vəzifəli şəxslərinin qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yaşayış binalarının tikintisi üçün əlverişli şərait yaratmaq məqsədilə qeyd edilən ünvanda yerləşən torpaq sahəsində mövcud olmuş, meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsinə göstəriş vermələri nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 27 min manat məbləğində ziyan vurmalarına əsaslı  şübhələr müəyyən edilib. 

Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə)  və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024