Xəzər Xəbər

Bu il istehsalatda baş vermiş bədbəxt hadisələrdə 7 nəfər ölüb

Cəmiyyət | 14:59 • 8 Aprel 2021
Bu il istehsalatda baş vermiş bədbəxt hadisələrdə 7 nəfər ölüb

Ötən il ərzində istehsalatda baş vermiş 228 bədbəxt hadisənin təhqiqatı aparılıb.

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.

Onun sözlərinə görə, ötən il baş vermiş bədbəxt hadisələr nəticəsində 48 nəfər ölüb, 202 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa, 250 nəfər zərərçəkənə istehsalat zədəsi ilə bağlı akt verilib. Fuad Heydərov açıqlayıb ki, ən çox bədbəxt hadisə emal sənayesi, tikinti, mədənçıxarma və digər bu sahələrdə baş verib. 

Xidmət rəisi deyib ki, ötən il baş vermiş bədbəxt hadisələrin sayı 2019-cu ilə nisbətən 10 faiz, ölənlərin sayı 24 faiz və xəsarət alanların sayı isə 15 faiz azalıb. 

Onun sözlərinə görə, bu ilin ötən üç ayında isə istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 7 ölüm halı qeydə alınıb. 

Xəbər lenti