Xəzər Xəbər

Azərbaycanda nikahlar azalır, boşanmalar isə artır

Cəmiyyət | 10:28 • 22 Dekabr 2020
 Azərbaycanda nikahlar azalır, boşanmalar isə artır

Ailələrdə bir sıra boşluqlar, narahatedici məqamlar var. Bu mövzular hazırda cəmiyyətin və dövlətin diqqətindədir. Hazırda Azərbaycanda iki milyon yüz mindən çox ailə var. Çox təəssüf ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da nikahların azaldığını və boşanmaların artdığını müşahidə edirik. 

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər” (Pandemiya və post-müharibə dövrü) mövzusunda videokonfrans formatında keçirilən dinləmədə deyib.

O deyib ki, cari ildə COVID-19 pandemiyası nikahların və boşanmaların sayına təsir göstərib: "Bir çox ölkələrdə demoqrafik artım mənfi tendensiya ilə müşahidə olunur. Lakin bütün bunların fonunda biz Azərbaycanın bu çətin günlərdə böyük vahid ailə kimi birləşdiyini gördük. Vətən üçün canından keçən övladları gördük. Onları tərbiyə edən valideynləri gördük. Azərbaycan Prezidentinin öz xalqına sevgisini və siyasi iradəsini gördük”.

Hicran Hüseynova qeyd edib ki, pandemiyanın qarşısını almaq üçün sosial təcrid və karantin tədbirləri çox vacibdir: "Lakin mütəxəssislərin rəyinə görə, bu, ailə üzvləri arasındakı münaqişələrin, xüsusilə də qadınlara qarşı qəddar davranışların, o cümlədən, qlobal səviyyədə məişət zorakılığının artmasına səbəb ola bilər. Bunu nəzərə alaraq, karantin dövründə ailədaxili münasibətlərin, şəxslər arasında qarşılıqlı münasibətlərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Ailədə meydana çıxan çətinliklərin vaxtında üzə çıxarılması, ailə həyatının böhranlı mərhələsində düzgün qərarların qəbul olunması ailə üzvlərinin psixoloji sağlamlığının qorunmasına xidmət etmiş olar".

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti