Xəzər Xəbər

İctimai yerlərdə 27 koronavirus xəstəsi aşkarlanıb

Cəmiyyət | 10:15 • 22 Dekabr 2020
İctimai yerlərdə 27 koronavirus xəstəsi aşkarlanıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 21-də epidemiya əleyhinə, sanitariya-gigiyena karantin rejiminə əməl etməyən 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb.


Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti