Xəzər Xəbər

“İtalyansayağı xoşbəxtlik” tamaşası onlayn göstəriləcək

Cəmiyyət | 12:19 • 4 Dekabr 2020
“İtalyansayağı xoşbəxtlik” tamaşası onlayn göstəriləcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı dekabrın 12-də saat 19:00-da "İtalyansayağı xoşbəxtlik” tamaşasını sosial şəbəkədəki səhifələri vasitəsilə nümayiş etdirəcək.


Əsərlərinin əsasında hazırlanmış ikihissəli komediyanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Tamaşanın plastik həlli və rəqslərin quruluşu Əməkdar artist Boris Lukinskiyə, bədii tərtibatı Zəminə Orucovaya, musiqi tərtibatı İradə Muradovaya, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.


Tamaşanın süjet xətti otuz altı aydır evində xadiməlik etdiyi sahibi Markiz Treratedən bir qara qəpik almayan Markolfa bir anda uduşlu lotereyadan zənginləşməsi üzərində qurulub. Eyni gündə 3 nəfər – Cuzeppe (ev sahibinin ona külli miqdarda borcu var), Markiz Trerate (borc içində üzür), Cuzeppe (30 ildir ki, Markolfa ilə nişanlıdır) ona evlilik təklif edirlər. Elə bütün hadisələr bundan sonra başlanır...


Tamaşanın ikinci hissəsində nümayiş etdirilən "Don Raffael Tranbomçu” mahiyyət və süjet xətti etibarilə "Markolfa” ilə çox oxşardır. Əvvəlki tamaşada olduğu kimi, burada da hadisələr pul ətrafında cərəyan edir. Bir anda böyük məbləğdə pula sahib olan Don Raffael, elə bir anın içində də müflisləşir...azertac


Nərmin Məcidli



Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024

Xəbər lenti