Xəzər Xəbər

"Azərbaycan tarixi qələbəni qeyd edir"-Avstraliya portalı

Cəmiyyət | 08:59 • 4 Dekabr 2020
"Azərbaycan tarixi qələbəni qeyd edir"-Avstraliya portalı

Avstraliyanın abc.net.au portalı Azərbaycanın qələbəsindən yazıb.

Xezerxeber.az məlumat verir ki, məqalə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə başlayır: "Bizim hamımızın bir arzusu var idi, onu həyata keçirdik”.

Dövlətimizin başçısından gətirilən növbəti sitatda isə deyilir: "Biz həm döyüş meydanında, həm də siyasi arenada qəlbə qazandıq, bu qələbə ölkəmiz üçün yeni dövr açır. Bu inkişaf, təhlükəsizlik və tərəqqi dövrü olacaq”.

Məqalədə deyilir ki, sülh razılaşması Azərbaycanda böyük qəlbə sevinci kimi qarşılansa da, Ermənistanda kütləvi iğtişaşlara səbəb olub. Küçələrə çıxan on minlərlə insan baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Həmçinin Ermənistan ordusunun dekabrın 1-də Laçın rayonu ərazisindən də çıxdığıda qeyd olunub.


Sülhməramlıların həmçinin Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinə nəzarət etdiyi, Azərbaycanın müttəfiqi olan Türkiyənin isə Rusiya ilə birlikdə sülh razılaşmasının icrasına nəzarət edən monitorinq mərkəzinə qatılacağı da bildirilib.

Dövlətimizin başçısına istinadla bildirilir ki, döyüşlər nəticəsində Azərbaycan tərəfindən 94 mülki şəxs həlak olub, 400-dən çox isə yaralı var.

Yazıda döyüş əməliyyatları başa çatdıqdan sonra məcburi köçkünlərin də doğma yurdlarına qayıtmasından bəhs olunur.

Bildirilir ki, 26 il əvvəl Kəlbəcər və Ağdan rayonlarını tərk etməyə məcbur olmuş azərbaycanlılar artıq öz doğma yurdlarına qayıtmağa başlayıblar.

Nərmin Məcidli



 


Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024

Xəbər lenti