Xəzər Xəbər

Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? AÇIQLAMA

Cəmiyyət | 14:30 • 26 Noyabr 2020
Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi?

Ermənistana verilən 10 günlük əlavə möhlət bitdiyi andan- noyabrın 25-dən Azərbaycan Ordusu iki istiqamətdən Kəlbəcərə daxil oldu.


Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumata görə, əsgərlərimiz hərbi texnika ilə birlikdə Daşkəsən və Göygöl istiqamətindən Kəlbəcər ərazisinə girib. Amma Kəlbəcərlə həmsərhəd olan Ağdərə istiqamətindən giriş daha rahat olduğu halda, bu yolun istifadə edilməməsi mübahisələrə səbəb olub.


Bu barədə Modern.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov diqqətə çatdırıb ki, hansı istiqamətdən hansı qüvvələrin daxil olması planlı şəkildə ordu rəhbərliyi tərəfindən müəyyənləşdirilib:


"Biz bilmirik, burada hansı amillər daha böyük rol oynayır. Murovdağdan oraya yol daha yaxındır, nəinki Ağdərə istiqamətindən. Ola bilər ki, orada olan hərbi hissələr o istiqamətdədir, yaxın olduğu üçün oranı seçiblər. Hər hansı bir tapşırığı yerinə yetirərkən oraya təsir edən optimal bir variant axtarılır.


Ağdərə yolundansa, Daşkəsən və Göygöl tərəfindən Murovdağ silsiləsinə gedən yol daha əlverişli sayılır. Ağdərə istiqamətində yerləşən hərbi hissələr Kəlbəcərə getməli olsaydı, o yolu seçərdilər. Bizim əvvəlki təmas xəttindən Kəlbəcərə 30-40 km yol var. Ağdərə yolu seçilsəydi, 200 km yol getməli idik”.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti