Xəzər Xəbər

Azərbaycan yenidən SMS icazə sisteminə keçir? Açıqlama

Cəmiyyət | 16:32 • 26 Oktyabr 2020
Azərbaycan yenidən SMS icazə sisteminə keçir?

Xəbər verdiyimiz kimi, oktyabrın 25-də koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, 946 nəfər koronavirusa yoluxub, 7 nəfər isə dünyasını dəyişib. Yoluxma sayının artmasının qarşısını almaq üçün yenidən "sms icazə" sistemi tədbiq edilə bilərmi?


Bununla bağlı Sonxeber.az-a danışan Adil Qeybulla bildirib ki, yoluxma sayının 946-ya çatması sərt karantin tədbirlərinin görülməsinin zəruriyyətini yaradacaq:


"Sərt karantin tədbirləri görülməsə, yoluxma sayının artması davam edəcək. Bu artım tək Azərbaycanda deyil, düyada mövcudur və virusun ikinci mərhələsi hesab olunur. Düşünürəm ki, bizdə yoluxmanın qarşısının alınması istiqamətində addımlar atılacaq. Həmin tədbirlərdən biri kimi ictimai nəqliyyatlarda qayda-qanunlar yaradılmalıdır. Çünki ictimai nəqliyyat yoluxma mənbəyi kimi qalır. Sərnişin sıxlığının aradan qaldırılmasına görə avtobus sayının artırılması vacibdir. Bu yolla da sərnişinlər arasında sosial məsafəni təmin etmək mümkün olacaq. 


Ən önəmlisi isə qapalı məkalarda maskanın taxılmasına və sosial məsafənin təmin edilməsinə nəzarət güclədirilməlidir. Əks təqdirdə, bu həftədən başlayaraq "sms icazə" sisteminə keçirilə bilər. Bundan əlavə, digər müəssisələrin də bağlanması barədə qərarların verilmsi də mümkündür. Bütün bu addımlar yoluxma sayının artmasının qarşısını alan zəruri addımlardır".


Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024

Xəbər lenti