Xəzər Xəbər

Coğrafiya İnstitutu: Qış aylarında dağ çaylarının suyunu anbarlara yığmaq olar

Cəmiyyət | 09:44 • 1 Oktyabr 2020
Coğrafiya İnstitutu: Qış aylarında dağ çaylarının suyunu anbarlara yığmaq olar

Azərbaycanda qış aylarında dağ çaylarının suyunu anbarlara yığmaq mümkündür.


Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.


Onun sözlərinə görə, Prezident İlham Əliyevin "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Sərəncamı əsasında 10 çay üzərində su anbarının tikintisi nəzərdə tutulur. Bu sərəncama uyğun olaraq, yaxın dövrlərdə Əlicançay, Qudiyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə çay, Viləşçay, Zəyəmçay çayları üzərində su anbarları inşa ediləcək.


Həmin çayların Böyük və Kiçik Qafqazda yerləşdiyini nəzərə çatdıran M.Həsənov bildirib ki, hazırda həmin anbarların tikilməsi üçün düzgün relyefin müəyyən edilməsi istiqamətində iş aparılır.


M.Həsənov qeyd edib ki, dağ çaylarının suyundan istifadə etmək üçün qış aylarında onların qarşısına bənd çəkməklə suları anbarlara yığmaq və ya onların axması üçün kiçik kanallar yaratmaq olar:


"Suya ehtiyac olan dövrlərdə, yəni yay aylarında həmin sular Kür çayına axıdıla bilər. Və ya birbaşa kanallar vasitəsilə bu sulardan ərazilərin suvarılmasında istifadə etmək olar”.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024

Xəbər lenti