Xəzər Xəbər

Keçən il 652 bal yığsa da, oxumadı - Bu il də ən yüksək bal topladı

Cəmiyyət | 12:16 • 11 Avqust 2020
Keçən il 652 bal yığsa da, oxumadı - Bu il də ən yüksək bal topladı

On birinci siniflər üçün keçirilən qəbul imtahanının (buraxılış) birinci mərhələsində maksimum balı toplayan şagirdlərdən biri Lənkəran şəhər 10 saylı tam orta məktəbin ötən ilki məzunu Mirənvər İsmayılzadədir.


XəzərXəbər xəbər verir ki, M.İsmayılzadə "Qafqazinfo”ya açıqlamasında bildirib ki, ötən il, 17 yaşında 652 balla Tibb Universitetinin "Müalicə işi" fakültəsinə daxil olsa da, daha sonra universiteti yarıda saxlayaraq yenidən hazırlaşmağa qərar verib:



"Əslində, qəbul olana qədər hər şey yaxşı idi. Amma gedib dərslərlə tanış olduqdan sonra anladım ki, həvəsim yoxdur. Dərslərə bir həftə getdim, daha sonra istəmədim. Hazırlığa getmişdim. Hər iki valideynim ingilis dili məllimidir, onların da köməyi olmuşdu. Universitetdən çıxanda qohumlarım müəyyən qədər etiraz etdilər. Amma özümə məqsəd qoymuşdum, maksimal bal yığmalı idim ki, özümü sübut edim. Bu il birinci qrupa hazırlaşıram. Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olmaq istəyirəm. Bu il demək olar özüm hazırlaşmışam. Hazırlıqlara ilin əvvəlində getdim ilin ikinci yarısında isə heç birinə getmədim. Növbəti imtahanda ən azı 390 baldan yuxarı toplamaq istəyirəm ki, ümumi nəticə 690-dan yüksək olsun”.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti