Xəzər Xəbər

Vaxtı keçmiş çay niyə təhlükəlidir?

Cəmiyyət | 08:59 • 7 Avqust 2020
Vaxtı keçmiş çay niyə təhlükəlidir?

Çay uzun müddət saxlanıldıqda bunun bir sıra fəsadları üzə çıxır.


Bu barədə rusiyalı aqronom və kənd təsərrüfatı mütəxəssisi Vladimir Vikulov "Sputnik” radiosuna bildirib.


O, ilk öncə qeyd edib ki, hər bir məhsulun istifadə müddəti var: "Bəzi qidalar illərlə qalır, digərləri bir neçə gün sonra xarab ola bilər. Çayda isə hər şey onun növündən asılıdır. Puer çay (sarımtıl, yaşıl rəngdə olan növ) zamanla özünün dadını artırır, adi boş yarpaqlı çay isə əksinə, faydalı xüsusiyyətlərini itirir.


Puer çayı müəyyən dözümə malikdir, bu dözümdən asılı olaraq onun xüsusiyyətləri, keyfiyyəti, dadı və əlbəttə ki, qiyməti dəyişir”. O, qeyd edib ki, açıq qabda saxlanılan çayın istifadə müddəti daha azdır: "Amma biz çayı naməlum satıcıdan alırıqsa, onun keyfiyyəti haqqında erkən danışmaq çətindir.


Çay özü olduqca həssas bir məhsuldur. Qoxulara, rütubətə və ətrafdakı müxtəlif maddələrin varlığına çox həssasdır.


Evdə çay saxlayarkən qabın qapağının sıxlığını təmin etmək məsləhətdir. Qab ən pis halda keramika, şüşə olmalıdır. Çay qısa müddətdə, bir neçə həftə ərzində karton qabda saxlanıla bilər. Əgər mümkünsə çayı havasız qabda lazımdır, bu onun ömrünü artıracaq”.


Mütəxəssis çayın yararlıq müddətinin bitməsindən sonra onun tərkibində baş verən dəyişiklikləri də izah edib.


"Oksidləşdirmə prosesi gedir, vitaminlər parçalanır, efir yağları, ətir buxarlanır. Çayın  keyfiyyətli aşağı düşür. Saxlama müddətindən sonra hansısa çay içkisi qalır, amma onun faydası çox az olur", - Vladimir Vikulov qeyd edib./Report

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti