Xəzər Xəbər

Daha 137 əlilliyi olan şəxsə reabilitasiya vasitələri verilib

Cəmiyyət | 15:47 • 24 İyul 2020
Daha 137 əlilliyi olan şəxsə reabilitasiya vasitələri verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi xüsusi rejimli karantin müddətində gücləndirilmiş iş rejimində səyyar xidmətlərini davam etdirir. Mərkəz növbəti səyyar xidməti Sumqayıt, Şirvan şəhərlərində, Sabirabad və Hacıqabul rayonlarında təşkil edib.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, həmin 4 şəhər və rayon üzrə 137 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 1000-dək reabilitasiya vasitəsi mərkəzin əməkdaşları tərəfindən həmin bölgələrdə, onlardan bir qisminə isə evlərində təqdim olunub.


Əlilliyi olan şəxslər onlara göstərilən xidmətdən razılıqlarını bildirib, ölkəmizdə əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması, o cümlədən reabilitasiya vasitələri ilə təminatı istiqamətində aparılan mühüm işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.


Ümumilikdə bu ilin ötən dövründə respublikamızın müxtəlif bölgələri üzrə 664 nəfər əlilliyi olan şəxsə səyyar formada xidmətlər göstərilib. Ehtiyac duyduqları 2000 reabilitasiya vasitəsi (o cümlədən, 14 əlil arabası, 411 aşağı və yuxarı ətraf protezi, 188 dördayaqlı dayaq vasitəsi, 141 qoltuqaltı və dirsəkaltı ağac, 365 əsa və s.) yaşadıqları rayon və şəhərlərdə, bir qisminə evlərində təqdim edilib.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024