Xəzər Xəbər

Bu il 3 milyard manat sosial ödənişlər edilib

Cəmiyyət | 16:11 • 24 İyul 2020
Bu il 3 milyard manat sosial ödənişlər edilib

2020-ci ilin 6 ayında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və birdəfəlik ödəmə formasında ötən ilin müvafiq dövrünə nisbətən 860 mln. manat və ya 40 faiz çox olmaqla, ümumilikdə 3 mlrd. 59 mln. manat vəsait ödənilib. Bu, ötən 6 ayın hər ayı üzrə 510 milyon manat, hər günü üzrə 17 milyon manat, hər saatı üzrə 710 min manat vəsait ödənişi deməkdir.


Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlayıb.


Xəbər lenti