Xəzər Xəbər

Nostrifikasiya üçün xidmət haqqı məbləği müəyyən ediləcək

Cəmiyyət | 16:27 • 21 İyul 2020
Nostrifikasiya üçün xidmət haqqı məbləği müəyyən ediləcək

Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği müəyyənləşdiriləcək.


Xezerxeber.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun sərəncamında öz əksini tapıb.


Sərəncama əsasən, təklifləri Azərbaycan Respublikasının Təhsil, Maliyyə və Ədliyyə nazirlikləri icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla iki ay müddətində hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcəklər.

Xəbər lenti