Xəzər Xəbər

Nazirlik qanvermə aksiya keçirib

Cəmiyyət | 16:57 • 17 İyul 2020
Nazirlik qanvermə aksiya keçirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinə mənəvi dəstək məqsədilə qanvermə aksiyası keçirib.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, bu məqsədlə könüllü qanvermə aksiyası təşkil edilib. 


Aksiyaya nazirliyə tabe olan qurum əməkdaşları ilə yanaşı, jurnalistlər də qoşulub. Aksiyada iştirak edən nazirliyin kollektivi və ekokönüllülər xüsusi karantin rejiminin qaydalarına əməl etməklə qanvermə aksiyasında iştirak edib.


Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürür.


ETSN səhhəti imkan verən hər kəsi qanverməyə, birlik və həmrəylik nümayiş etdirməyə çağırır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti