Xəzər Xəbər

Koronavirus havada qalır? - RƏSMİ CAVAB

Cəmiyyət | 11:41 • 9 İyul 2020
Koronavirus havada qalır? -

"Tibb müəssisələrində bəzi müdaxilələr, xüsusilə inkubasiya zamanı tənəffüs yoluna borunun salınması və çıxarılması, hər hansı xəstədə ürək dayanması baş verərsə, ona xüsusi oksigen cihazı ilə oksigen verilməsi zamanı tənəffüs yollarında aparılan müdaxilələrin böyük əksəriyyətində eyni aerozol formalaşır. Damcı damcıdır, o, ağır olduğu üçün yerə hopur. O, havada uzun müddət qala bilməz. Amma aerozol buxar kimidir və o qədər xırdadır ki, havada daha uzun müddət qala bilir".


Bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.


Onun sözlərinə görə, tibb müəssisələrində COVID-19 xəstələrində həmin prosedurlar daha çox aparıldığı üçün otaqlarda havada aerozolizasiya baş verir və virus həmin havada qalır:


"Bu səbəbdən bizim həkimlərimiz, COVID-19 xəstələri olan bütün dövlət qurumlarının xəstəxanalarında çalışan həkimlər N95 maskasından istifadə edir. Çünki N95 və FFB2 maskasının əsas məqsədi ondan ibarətdir ki, havadan ötürülmənin qarşısını alır".


Nabil Seyidov həmçinin qeyd edib ki, mütəxəssislərin fikrincə, adi insan asqıranda və öskürəndə, otaqda bir neçə nəfər söhbət edən zaman damcı ilə yanaşı havada virus daha çox qalır: "Lakin ÜST-ün apardığı tədqiqatlar bu günə qədər təsdiq etməyib ki, virus havada qalır. Bu, heç bir tədqiqatda təsdiqini tapmayıb". (BAKU.WS)

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024

Xəbər lenti