Bakı 30 ℃
Xəzər Xəbər
USD 1.7

Metroda insident yaradan 5 nəfər barəsində cinayət işi başlanıb - FOTO

Cəmiyyət | 19:23 • 3 İyun 2020
 Metroda insident yaradan 5 nəfər barəsində cinayət işi başlanıb  -

Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov və Taleh Baxşıyev saxlanılıblar.


Bu barədə xezerxeber.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.


Məlumata görə, Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar