Xəzər Xəbər

Sağlamlıq haqqında yanlış bəyannamə verən şagird və abituriyentlərin nəticələri ləğv olunacaq

Cəmiyyət | 17:25 • 1 İyun 2020
Sağlamlıq haqqında yanlış bəyannamə verən şagird və abituriyentlərin nəticələri ləğv olunacaq

Dövlət İmtahan Mərkəzi bu il buraxılış imtahanı verəcək şagirdlərin təqdim etməli olduğu sağlamlıq haqqında bəyannamə barədə məsələyə aydınlıq gətirib.


DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə APA-ya açıqlamasında bildirib ki, şagirdlər imtahana buraxılış vərəqini çap edəndə bəyənnaməni də çap edəcəklər: "Yəni, bir vərəqdə imtahana buraxılış vərəqi, ardınca da bəyənnamə çıxacaq. Şagird bu bəyənnaməni çap edib imzalayır ki, son 15 gün ərzində onda və ya ailə üzvlərində koronavirus olmayıb və virusa yoluxmuş şəxslərlə təmasda olmayıblar. Bununla şagird məsuliyyəti öz üzərinə götürür və bəyənnaməni imzalayıb bizə təqdim edir. Biz bəyənnamədə də qeyd etmişik ki, hansısa şagirdin özü haqqında yanlış məlumat verdiyi aşkarlansa, onda onun imtahan nəticələri ləğv edilə bilər. Biz koronavirusu müəyyən etmirik, burada vətəndaş məsuliyyəti öz üzərinə götürür ki, son 15 gündə onda və ailə üzvlərində, eyni zamanda təmasda olduğu adamlarda koronavirus aşkarlanmayıb. Dediyim kimi, qəsdən gizlədən şagirdin nəticəsi ləğv oluna bilər. Bizim məqsədimiz budur ki, şagird bizi aldatmasın, özü bildirsin ki, xəstədir və ya sağlamdır”.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti