Xəzər Xəbər

Ödənişsiz onlayn sınaq imtahanlarına yazılış sayı 100 mini keçib

Cəmiyyət | 14:51 • 22 May 2020
Ödənişsiz onlayn sınaq imtahanlarına yazılış sayı 100 mini keçib

Dövlət İmtahan Mərkəzi koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edib.


Hazırda olan məlumata əsasən, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 34585 istifadəçi tərəfindən 100708 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).


Qeyd edək ki, portalda 4-cü sinifdən başlayaraq fənlər və siniflər üzrə məktəb dərsliklərində keçilən mövzuların da mənimsənilmə səviyyəsini yoxlamaq üçün onlayn sınaq imtahanları vermək mümkündür.


Fənlər və siniflər üzrə sınaq imtahanlarına yazılmaqla şagirdlər seçdikləri sinif və fənnin mündəricatında olan hər bir mövzu üzrə biliklərini ayrı-ayrılıqda yoxlaya bilərlər. Hər mövzu üzrə 10 test tapşırığı təqdim olunur. Bundan əlavə, həmin sinif üzrə 5 qiymətləndirmə sınağından da istifadə etmək mümkündür.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024

Xəbər lenti