Xəzər Xəbər

Sabah 32 dərəcə isti olacaq

Cəmiyyət | 13:52 • 22 May 2020
Sabah 32 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 23-nə olan hava proqnozunu açıqlayıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 23-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 23-də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 11-16, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 23-ü gündüz və 24-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi, temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti