Xəzər Xəbər

Şəhid ailələri və Qarabağ əlillərinə mənzillərin verilməsinə başlanacaq

Cəmiyyət | 18:31 • 20 May 2020
Şəhid ailələri və Qarabağ əlillərinə mənzillərin verilməsinə başlanacaq

Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə bu il azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Yaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyalardan olan vətəndaşların 2020-ci il üzrə mənzillə təminatına başlanacaq. Onlardan bir hissəsinə yeni yaşayış binalarından alınmış mənzillər veriləcək.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin 2020-ci il üzrə avtomobillə təminatı işlərinə də yaxın günlərdə başlanacaq. Mənzillə və avtomobillə təminat tədbirləri il ərzində davam edəcək.


Xatırladaq ki, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600 mənzil və fərdi ev, müharibə əlillərinə 6750 avtomobil verilib.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024

Xəbər lenti