Xəzər Xəbər

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb - FOTO

Cəmiyyət | 13:10 • 13 May 2020
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb -

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran xətt polis şöbəsinin əməkdaşları Qızılağac Milli Parkının əməkdaşları ilə birgə reyd keçiriblər.


Reyd zamanı Masallı rayonunun Xırmandalı kənd sakini İsaq Qasımov Milli Parkın ərazisində qanunsuz ov edərkən ondan iki ədəd ovladığı çöl donuzu və sənədsiz Toz-66 markalı silah, 8 ədəd patron, 3 ədəd giliz aşkar edilərək götürülüb.


Faktla bağlı Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran xətt polis şöbəsində təhqiqat işlərinə başlanılıb.

Xəbər lenti