Xəzər Xəbər

1500 il əvvəl 25 milyon insanı öldürən vəba Koronavirusla şok bənzərlik

Cəmiyyət | 13:07 • 23 Aprel 2020
1500 il əvvəl 25 milyon insanı öldürən vəba

İspaniyada aparılan bir araşdırma koronavirus pandemiyasının 1500 il əvvəl Bizans İmperiyasında (Konstantinopol) yayılmış bir vəba ilə bənzərliyini ortaya çıxarıb.

"El Pais” qəzetində yayımlanan məqalədə vəbanın 30 milyona yaxın insanın həyatına son qoyduğu bildirilib.

Bizans İmperatoru I Yustinianın adını daşıyan vəba ilə koronavirusun yayıldığı tarixdə də paralellik var.

Prokopius adlı bizanslı tarixçisinin qeydlərini araşdıran Barselona Universitetinin elm adamı Sales Karbonell vəbanın yayıldığı dövrdə Konstantinopolun karantinə alındığını bildirib.

Karbonell Bizansın paytaxtına giriş-çıxışın bağlanılması haqda danışarkən bunları deyib:

"Xəstə insanlar üçün karantin məcburi idi. Sağlam insanlar da, xəstəlikdən qorunmaq üçün karantində qalmağa üstünlük verirdilər”.

Vəbanın 541-ci ildə Misirdə yayıldıqdan bir il sonra Konstantinopola çatdığı və dörd ay ərzində şəhərdə böyük itkilərə səbəb olduğu qeyd edilib.

Tarixçi Prokopius "Müharibələrin tarixi” adlı kitabında yazır:

"Həyəcanlı xəbər Misirdən gəldi. Oradan da sürətli və ölümcül şəkildə yayıldı. Bu vəba dünyanın bir hissəsinə, kişilərin bir qisminə və ya ilin bir zamanına yox, ayrı-seçkilik etmədən bütün insanlara hücum etdi. Xəstəlik sanki kimisə unudacağına görə həyəcanlı idi, dünyanın bütün köşəsinə yayıldı”.

Prokopius Konstantinopol (İstanbul) haqda bu fikirlərə diqqət çəkir:

"Bizansda insanları ictimai yerlərdə görmək asan deyildi. Xəstə olmayanlar da evlərinə çəkilmiş, ya xəstələrinə baxır, ya da ölülərinə ağlayırdılar. Küçələrdə hərəkət tamamilə dayanmışdı, insanlar əllərindəki işi buraxmışdılar”.

Prokopiusun bəhs etdiyi tarix koronavirus pandemiyasının yayıldığı bu günlərlə paralel gedir.

Tarixçi yazır: "Bir çox insan onlara baxan kimsə olmadığı üçün öldü. Baxıcılar əzab və yorğunluqdan süst düşmüşdülər. İnsanlar onların bu halına xəstələrdən daha çox kədərlənirdilər”.

Prokopiusun qeydlərinə görə, vəba təkcə Konstantinopolda 5-10 min insanın həyatına son qoyub. Vəbanın yayılmasının ən yüksək nöqtəsində ölən insanların cənazə mərasimləri təşkil edilmədən kütləvi şəkildə dəfn olunduğunu bildirir.

Bizans İmperatoru I Yustinianın adıyla xatırlanan və özünün də yoluxduğu vəbanın yayıldığı dövr ərzində dünyada ümumilikdə 25 milyon insanın öldüyü ehtimal olunur./Teleqraf

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti