Xəzər Xəbər

Azərbaycanda ən çox işsiz əhalisi olan şəhər və rayonlar- TOP-10

Cəmiyyət | 15:17 • 24 Mart 2020
Azərbaycanda ən çox işsiz əhalisi olan şəhər və rayonlar- TOP-10

2020-ci ilin mart ayının 1-nə olan rəsmi məlumata görə, Azərbaycanda məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsizlərin sayı 90 min 779 nəfərdir.

İşsiz şəxslərdən cəmi 501 nəfəri işsizlikdən sığorta ödənişi alır. İşsizliyə görə sığorta ödənişinin orta aylıq məbləği 338,9 manatdır.

Ən çox işsiz əhalisi olan şəhərlərin, rayonların ilk 10-luğunu hazırladıq.

Ən çox işsiz şəxs Bakı şəhərindədir – 27 min 454 nəfər. Sumqayıt şəhəri üzrə isə 5 726 nəfər işsiz var.

Şəmkir rayonunda 4 120 işsiz qeydə alınıb. Gəncə şəhərində 2 366 işsiz var. Ağdam rayonu siyahıda beşinci yerdə qərarlaşıb– 2 128 nəfər.

Gədəbəy rayonu üzrə işsizlərin sayı 1 973 nəfərdir. Mingəçevir ən çox işsizi olan bölgələrin siyahısındadır. Son rəsmi məlumatlara görə, bu şəhərdə 1 948 işsiz qeydiyyatdadır.

Abşeron rayonunda qeydə alınan işsizlərin sayı 1 927 nəfərdir. Salyan rayonunda 1 826 nəfər işsiz qeydiyyata alınıb. Bərdə rayonunda 1 754 işsiz yaşayır.

oxu.az

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti