Xəzər Xəbər

Koronavirus ilə mübarizə üç istiqamətdə aparılmalıdır

Cəmiyyət | 12:43 • 17 Mart 2020
Koronavirus ilə mübarizə üç istiqamətdə aparılmalıdır

Bütün dünyanı cənginə alan koronavirus infeksiyası can almaqda davam edir. Həkim və mütəxəssislər hələlik müalicəsi tapılmayan bu virusdan qorunmağın yolları haqqında tövsiyələr paylaşırlar. Ümumilikdə isə tənəffüs infeksiyaları ilə mübarizə metodları barədə məlumatlı olmaq və mümkün qədər qorunmaq çox önəmlidir.

Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov bildirib ki, tənəffüs infeksiyaları, o, cümlədən respirator virus infeksiyaları, vərəm və s. ilə yoluxma və xəstələnmə halları havaların soyuq olduğu fəsillərdə daha çox müşahidə edilir. Tənəffüs infeksiyaları - COVID-19, vərəm və s. ilə yoluxma daha çox aerogen, yəni, hava-damcı - xəstə asqırdıqda, öskürdükdə və hava-toz yolu ilə, məsələn, xəstənin bəlğəmi ilə çirklənmiş torpaqdan, həm də xəstəlik törədicisi ilə çirklənmiş yerlərdən təmasla ola bilər.

Həkimin sözlərinə görə, koronavirus və digər tənəffüs infeksiyaları ilə mübarizə üç istiqamətdə aparılmalıdır. Birincisi, infeksiya mənbəyinə qarşı aparılan mübarizə tədbirlərini əhatə edir. Bunun üçün müvafiq tənəffüs infeksiyası olan xəstələrin izolyasiyası və hospitalizə edilərək müalicə edilməsi, infeksiya ocağının dezinfeksiyası lazımdır.

İkincisi, infeksiyanın ötürülmə yoluna qarşı görülən tədbirlərdir. Bu zaman yoluxmadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi əməl edilməsi, qoruyucu maskaların istifadə edilməsi və s. zəruridir.

Nəhayət üçüncü istiqamət yoluxmuş şəxslərin xəstələnməməsi üçün orqanizmin immun qabiliyyətinin artırılması məqsədilə görülən tədbirlərdir. R.Bayramov bildirir ki, bu, çox vacibdir. Çünki tənəffüs infeksiyalarına yoluxmaqdan qorunmaq o qədər də asan deyil: "Tənəffüs infeksiyalarına yoluxmuş şəxslərin az bir hissəsi xəstələnir. Bunlar xüsusilə immun sistemini zəiflədən yanaşı xəstəliyi olan insanlardır. Ona görə də bu zaman orqanizmin immun statusunun rolu böyükdür”.

Həkim məsləhət görür ki, tənəffüs infeksiyaları ilə mübarizədə orqanizmin immun sisteminin normal olması üçün balanslaşdırılmış qidalanma, xüsusilə C vitamini ilə zəngin təbii qidaların qəbulu, normal gün rejimi, kifayət qədər yatmaq, idmanla məşğul olmaq, açıq havada olmaq, soyuqdan qorunmaq, stress və təşvişdən uzaq olmaq vacibdir.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti