Xəzər Xəbər

Nazirlik: Koronavirusla bağlı "Qaynar xətt"in fəaliyyəti təmin olunub

Cəmiyyət | 14:55 • 7 Mart 2020
Nazirlik: Koronavirusla bağlı "Qaynar xətt"in fəaliyyəti təmin olunub

"Bakı Telefon Rabitəsi” MMC və onun nəzdində fəaliyyət göstərən rabitə xidmətləri mərkəzləri, ATS-lər, "AzEvroTel” telekommunikasiya operatoru, "Azərrabitəlayihə” MMC-də yeni növ koronavirusun (2019-nCoV) profilaktikası üzrə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilir.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, koronavirus barəsində məlumat xarakterli məqalə hazırlanaraq maarifləndirmə məqsədilə "Baktelecom”un nəzdində fəaliyyət göstərən xidmət mərkəzlərinə təqdim edilib.


"Qaynar xətt" (598 38 99 və 598 46 99) yaradılaraq 24/7 formatında fəaliyyəti təmin olunub. "Qaynar xətt" işçiləri virus infeksiyası barəsində təlimatlandırılıb. "Baktelecom”a aid xidmət mərkəzləri, qurum və bölmələrdə gücləndirilmiş qaydada dezinfeksiya işlərinin təşkilinə başlanılıb. Məlumatın dəqiq və vaxtında toplanması məqsədilə tənəffüs xəstəlikləri ilə xəstəxanaya daxil olan əməkdaşlar barəsində, eləcə də qaynar xəttə koronavirusla bağlı daxil olan müraciətlərin hər gün 9:20-dək dispetçer mərkəzinə bildirilməsi tapşırılıb.


Koronavirusun qarşısının alınması üçün təbliğat-təşviqat işlərinin gücləndirilməsi üçün "Baktelecom”un İnzibati binası, xidmət mərkəzləri, qurum və bölmələrində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış məlumatların Azərbaycan dilində tərtib edilərək yerləşdirilməsinə başlanılıb.


Əməkdaşlar arasında fərdi və kollektiv gigiyena qaydalarını yüksəltmək məqsədilə antiseptik məhlullar, duru sabun, tibbi əlcək və maskalar, qapaqlı tullantılar və s. kimi profilaktik vasitələr tədarük edilib.


Həyata keçirilən "Evədək optika” layihəsi çərçivəsində, eləcə də digər telekommunikasiya xidmətlərinin təminatı zamanı əhali ilə təmasda olan əməkdaşların təlimatlandırılması, onların ilkin qoruyucu vasitələrlə (tibbi əlcək, tibbi və N95 tipli maskalar və spirt tərkibli daşınan sanitayzerlər) təmin edilməsinə göstəriş verilib.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024

Xəbər lenti