Xəzər Xəbər

"Koronavirusun digər viruslara nisbətən qalıcılıq müddəti azdır"

Cəmiyyət | 11:45 • 3 Mart 2020
"Koronavirusun digər viruslara nisbətən qalıcılıq müddəti azdır"

"Koronavirus havada uzun müddət qalıcı olmasa da, səthlərdə onun 9-12 saatadək qalıcılıq qabiliyyəti var. Təşvişə ehtiyac yoxdur, koronavirusun digər viruslara nisbətən qalıcılıq müddəti azdır".


Bunu Bakı şəhər Dezinfeksiya Mərkəzinin həkimi Elvin Məmmədov deyib. O bildirib ki, qalıcılıq qabiliyyətinə görə bu istiqamətdə təxirəsalınmaz əks-epidemik dezinfeksiya işləri təcili aparılır: "Burada Türkiyə və İspaniya istehsalı olan yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən daim istifadə olunur. Səthlərdən asılı olaraq dərman məhsulları dəyişə bilir. Bəzən valideynlər təşvişə düşürlər. Bu, o demək deyil ki, əks-epidemik tədbirlər hər hansı epidemik göstəriş olanda həyata keçirilir. Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq nəticəsində demək olar ki, yanvar ayının əvvəlindən hər yerdə bu tədbirlər görülür".


E.Məmmədov qeyd edib ki, bu tədbirlər iş qrafikindən asılı olaraq tədris gününün sonunda aparıldığına görə gözə çarpmır: "Nazirlər Kabinetinin son qərarı bu işlərin daha da sürətlənməsinə səbəb oldu. Az müddət ərzində bütün tədbirlər planı həyata keçiriləcək". (APA)

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024

Xəbər lenti