Xəzər Xəbər

Azərbaycanda işçi qüvvəsinin sertifikasiyası sistemi formalaşdırılacaq

Cəmiyyət | 17:48 • 15 Fevral 2020
Azərbaycanda işçi qüvvəsinin sertifikasiyası sistemi formalaşdırılacaq
Dünyanın bir çox ölkələrində tətbiq edilən səriştələrin tanınması insanlara formal təhsil və təlim sistemindən kənarda müxtəlif öyrənmə mühitində və fərqli üsullarla, əsasən də praktiki olaraq əldə etdikləri bilik, bacarıq və səriştələrin müəyyən edilməsi, qiymətləndirilməsi və tanınması imkanını yaradır. Azərbaycanda da bu sahədə mühüm addımlar atılıb.


Xezerxeber.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planında "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin tələblərinə uyğun qeyri-formal və informal təhsil vasitəsilə əldə edilən səriştələrin tanınması, peşə və kvalifikasiya standartları əsasında işçi qüvvəsinin sertifikasiyası sisteminin formalaşdırılması nəzərdə tutulub.


Tədbirlər Planına əsasən müvafiq sertifikasiya sistemi 2021-2025-ci illərdə Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası ilə birgə formalaşdırılacaq.


Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti