Xəzər Xəbər

AMEA-nın 2020-2025-ci il üzrə inkişaf proqramı qəbul olunub

Cəmiyyət | 17:38 • 11 Fevral 2020
AMEA-nın 2020-2025-ci il üzrə inkişaf proqramı qəbul olunub

"AMEA-nın 2020-2025-ci il üzrə inkişaf proqramı qəbul olunub".


Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi Əminağa Sadıqov deyib.


Onun sözlərinə görə, proqramda Akademiyanın inkişafı ilə bağlı mühüm müddəalar, prioritet istiqamətlərin müəyyənləşdirilməsi, resursların daha çox həmin istiqamətlərə yönəldilməsi öz əksini tapıb: "Dünya elmində daha çox aktual olan sahələr, nanotexnologiyalar, molekulyar biologiya, informasiya texnologiyaları və s. üzrə tədqiqatların Azərbaycanda da aktual olmasını istəyirik. Bununla yanaşı, respublikanın sosial-iqtisadi inkişafının tələblərindən doğan məsələlərlə bağlı tədqiqatların aparılması gündəmdədir. Bu, daha çox tətbiqi tədqiqatların aparılmasını tələb edir. Buna görə də əsas tədqiqat istiqamətləri bu sahə üzrə olacaq. Əsas kadr potensialımızı və maliyyə resurslarımızı bu istiqamətə yönəldəcəyik".

Xəbər lenti