Xəzər Xəbər

Səhiyyə Nazirliyi: Virusdan qorunmaq üçün ölkədə kifayət qədər maska var

Cəmiyyət | 13:38 • 30 Yanvar 2020
Səhiyyə Nazirliyi:

"Hazırda Azərbaycanda koronavirusla bağlı şübhəli hal yoxdur”.

XəzərXəbər xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Sanitar epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib.

Sektor müdiri virusdan qorunmaq üçün ölkədə kifayət qədər maska olduğunu, bununla bağlı problem olmadığını qeyd edib:

"Eyni zamanda hər bir səhiyyə müəssisəsində səhiyyə işçilərinin virusdan qorunması üçün fərdi mühafizə vasitələri var. Tibbi ləvazimat və dərman vasitələri də kifayət qədərdir”.

V.Qasımov həmçinin bildirib ki, lazım olarsa, Ağciyər Xəstəlikləri İnsitutundan əlavə 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası və Kliniki Tibbi Mərkəzdən də istifadə olunacaq:

"Səhiyyənin kifayət qədər imkanları var ki, bu cür xəstələr olsa, xəstəxanalara yerləşdirilsin.

Səhiyyə nazirinin əmri ilə bölgələrdəki xəstəxanalara da tapşırıq verilib və xüsusi palatalar ayrılıb”.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti