Xəzər Xəbər

Baş Prokurorluq Bakıda iki piyadanın ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb

Cəmiyyət | 11:21 • 11 Dekabr 2019
Baş Prokurorluq Bakıda iki piyadanın ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb

Dekabrın 10-da saat 21 radələrində Şabran rayon sakini 1993-cü il təvəllüdlü Ağayev Təbriz Rövşən oğlunun etibarnamə əsasında idarə etdiyi "Kamaz 53212” markalı 17-BC-869 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində hərəkət edərkən yolu keçən piyadalar Cabbarlı Tural Mustafa oğlu və Sultanlı Dilarə Bəxtiyar qızını vurması nəticəsində sonuncular hadisə yerində vəfat ediblər.


Baş Prokurorluqdan xezerxeber.az-a verilən məlumata görə, fakta əsasən, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.


İş üzrə məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, şahidlərin və sürücünün ifadəsi alınmış, zəruri sənədlər toplanaraq cinayət işinə əlavə edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilib.


T.Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq müdafiəçinin iştirakı ilə dindirilib.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti