Xəzər Xəbər

Nazir: Qeyri-düzgün verilmiş icazə hesabına hansısa obyektin tikilməsi qəbuledilməzdir

Cəmiyyət | 12:12 • 31 Oktyabr 2019
Nazir: Qeyri-düzgün verilmiş icazə hesabına hansısa obyektin tikilməsi qəbuledilməzdir

Bakı o qədər də yaşıllığı olmayan şəhərdir. Biz çalışırıq ki, Bakıda yaşıllıqlar salınsın. Hansısa bir pozuntu hesabına, qeyri-düzgün verilmiş icazə hesabına ağacların kəsilməsi və orada hansısa obyektin tikilməsi qəbuledilməzdir.


Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.


Nazir vurğulayıb ki, ümumilikdə, son dövrlərdə ekologiyanın pozulması, atmosferin çirkləndirilməsi halları azalıb, daha az faktlar var: "Sözsüz ki, pozuntular var. Harada insan var, müəssisələr fəaliyyət göstərir, orada tullantı, pozuntu var. Bizim əsas məqsədimiz insanların maarifləndirilməsidir. Bəzi hallarda insanların qaydaları biliməməsi pozuntulara gətirib çıxarır. Sözsüz ki, pozuntular aşkar olunanda cərimələr tətbiq olunur, lazım olduğu halda müvafiq sənədlər polisə də, prokurorluğa da göndərilir. Ancaq biz istərdik ki, məsələ bu səviyyəyə gəlib çıxmasın. Biz istəyirik ki, insanlar maariflənsin, eyni zamanda burada ictimai qınaq da olmalıdır. Ekologiyaya ziyan vuran insanlara qarşı ictimai qınaq da olmalıdır. Məsələn, kimsə ekologiyaya ziyan vurursa, gözləmək lazım deyil ki, nazirlik gəlib onun qarşısını alsın, ictimaiyyət də bu məsələdə fəal olmalıdır”.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti